xebermen.az

Bu ölkədən gəliblər: İspaniya sahillərini tutdular: Hər şeyi məhv edirlər

28-07-2025, 13:08

 

Minlərlə ton invaziv (yad bir növün yeni bir əraziyə yayılması və oradakı ekosistemi pozması halı) dəniz yosunu "Rugulopteryx okamurae" İspaniyanın cənub sahillərini, o cümlədən Costa del Solu bürüyərək çimərlikləri qəhvəyi rəngə çevirib.


Bu barədə "The Guardian" məlumat yayıb.


Alimlərin xəbərdarlığına görə, problem getdikcə kəskinləşir və mürəkkəbləşir.


Doğma vətənləri Yaponiya olan bu yosunlar Avropada ilk dəfə 2015-ci ildə peyda olub. O vaxtdan bəri sürətlə yayılaraq yerli dəniz florasını sıxışdırıb və ekosistemləri məhv edib. "Ruqulopteryx"in kütləvi toplanması təkcə landşaftı korlamır, həm də balıqçılıq, turizm və sahil infrastrukturuna ziyan vurur.


“Science of the Total Environment” jurnalında dərc edilən araşdırmaya görə, elm adamları yosunların digər orqanizmlərin böyüməsinə maneə törədən qoruyucu kimyəvi maddələr istehsal etdiyini və bununla da onun dominantlığını gücləndirə biləcəyini müəyyən ediblər. Yosunların temperatur və duzluluq dəyişkənliyinə qarşı müqaviməti xüsusilə narahatedicidir ki, bu da onun müxtəlif şəraitlərdə sağ qalmasına imkan verir.


Təcili tədbirlərin görülmasinin vacibliyini bildirən mütəxəssislər deyib ki, problem qarşısıalınmaz həddə çata bilər.


“Bu, təkcə estetik problem deyil, həm də iqlim dəyişikliyi və qloballaşmanın yaratdığı ekoloji balanssızlığın siqnalıdır”, - deyə İspaniyanın Kadis Universitetinin professoru Anxel Salinas bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031