xebermen.az

Ermənistanda faşizm əleyhinə abidəni GİZLİ SÖKÜRLƏR

27-07-2025, 11:02

 

Ermənistanda Artik şəhərinin rəhbərliyi Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə ucaldılmış abidəni sökmək niyyətindədir.


Bu barədə “Ermənistan” müxalifət fraksiyasından olan deputat Mher Melkonyan məlumat verib.


Onun sözlərinə görə, abidənin başqa yerə köçürülməsi planlaşdırılır.


Melkonyan iddia edib ki, abidə erməni xalqının faşizmlə mübarizədə iştirakının simvoludur. Onun məlumatına görə, hazırda şəhər rəhbərliyi gizli şəkildə abidənin götürülməsini planlaşdırır. Deputat vurğulayıb ki, bu, şəhər sakinləri ilə müzakirə edilmədən, heç bir məlumat olmadan və aydın hüquqi əsas olmadan baş verir.


"Bu, təsadüfi deyil. Bu, tarixi yaddaşımıza, Ermənistan-Rusiya münasibətlərinə və soydaşlarımızın qələbəsinin simvollarına yönəlmiş hücumdur", - Melkonyan vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930