xebermen.az

"Snickers" və "Twix"in satışı dayandırılacaq - Bu ölkədə...

25-07-2025, 16:08

Rusiyanın ən böyük pərakəndə satış şəbəkələrindən biri olan "X5 Group" "Mars" şirkətinin məhsullarının - o cümlədən "Snickers", "Twix", "M&M's", "Orbit "və digər məşhur şirniyyat və saqqızların tədarükünü dayandırıb.

Bu barədə RBC-yə şirkətə yaxın mənbə məlumat verib.

Pyaterochka və Perekrestok mağazalarına məhsulların çatdırılması artıq iyulun 23-dən dayandırılıb. Şirkət bu qərarını təchizatçının təklif etdiyi qiymətlərin "ədalətli bazar prinsiplərinə" uyğun gəlməməsi ilə əsaslandırıb.

"X5"in nümayəndəsi bildirib ki, hazırda anbarlarda olan ehtiyatlar sentyabr ayına qədər kifayət edəcək, daha sonra bu məhsullar oxşar alternativlərlə əvəz olunacaq. 

Mars şirkəti isə rəsmi olaraq tədarükün dayandırıldığını təsdiqləyib və tərəflər arasında razılığın əldə olunmamasını qeyd edib. 

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930