xebermen.az

DİN çimərliklərdə nəzarətsiz qalan uşaqlarla bağlı çağırış etdi

24-07-2025, 16:27

 

DİN çimərlik zonalarında azyaşlıların nəzarətsiz qalması ilə bağlı çağırış edib.

Hazırda müşahidə olunan qızmar yay günlərində insanların çimərliklərə və istirahət zonalarına kütləvi axını müşahidə olunur.

"Bütün bunlar nəzərə alınaraq polis əməkdaşlarının çimərlik və istirahət məkanlarında fasiləsiz xidməti davam etdirilir. Sıxlıq müşahidə edilən ərazilərdə, xüsusilə azyaşlıların təhlükəsizliyini təmin etmək diqqət mərkəzində saxlanılır. Valideynlərə müraciət edərək bildiririk ki, azyaşlılar üzərində ani nəzarətsizlik böyük faciə ilə nəticələnə bilər. Xüsusən, çimərlik zonalarında azyaşlıların nəzarətsiz buraxılması qəti yolverilməzdir. İstirahət zonalarında qarşılaşdığınız xoşagəlməz hallar barədə isə dərhal yaxınlıqda xidmət aparan polis naryadlarına məlumat verə bilərsiniz. Burada əsas məqsəd ictimai asayişi qorumaq və insanların istirahətini təhlükəsiz şəraitdə keçirməsini təmin etməkdir", - deyə DİN-in müraciətində bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930