xebermen.az

Taksi sürücülərinə sertifikatlar veriləcək

24-07-2025, 16:17

 

30 iyun tarixində keçirilmiş taksi sürücüləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi imtahanından müvəffəqiyyətlə şəxslərə sertifikatlar veriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, avtomobil sürücülərinin xüsusi hazırlığının qiymətləndirilməsi məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş test imtahanında uğur qazanmış şəxslər şəhadətnamələrini şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küç., 50 ünvanında yerləşən korpusundan əldə edə bilərlər.

Qeyd edilib ki, sertifikatı DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz, Şəmkir regional bölmələrindən əldə etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına şəxsiyyəti təsdiq edən sənədin surətini əlavə etməklə müraciət göndərməlidirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930