xebermen.az

Çırağanda hazırlıq başladı: Zelenski və Putin üçün çadırlar qurulur

23-07-2025, 13:03

 

İstanbuldakı Çırağan Sarayının ərazisində çadırlar quraşdırılmağa başlanıb.

Bu barədə "RİA Novosti" məlumat yayıb.

Bildirilir ki, çadırlarda Rusiya və Ukrayna danışıqlarının üçüncü raundu keçirilə bilər.

Çadırların fasadı “İstanbul 23 iyul 2025-ci il” simvolları ilə tərtib olunub.

Sarayın ərazisinin mühasirəyə alınmadığı qeyd olunur. Binanın yaxınlığında isə əlavə təhlükəsizlik tədbirləri yoxdur.

Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti, üçüncü raundunun çərşənbə günü axşam İstanbulda keçirilməsi gözlənilir. Rusiya tərəfi mümkün görüşün tarixini hələ rəsmən təsdiqləməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930