xebermen.az

DİQQƏT: Rusiya Azərbaycana qarşı əsl niyyətini açıqladı - Daxildən dağıtmalıyıq

23-07-2025, 11:24

 

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Azərbaycanı hədələyib.


Zatulin bildirib ki, Rusiya prezident İlham Əliyevi sakitləşdirmək əvəzinə, Azərbaycanın daxili vəziyyətini diqqətlə nəzərdən keçirməlidir. O, bu barədə “Lenta.ru” ilə söhbətində danışıb.


Zatulin qeyd edib ki, Dağlıq Qarabağda baş verən bütün hadisələr nəticəsində Azərbaycan başqa səviyyəyə çatıb və artıq Rusiya ilə münasibətlərdə o qədər də maraqlı deyil. Deputatın fikrincə, ölkə rəhbərliyi bundan dərin nəticə çıxarmalıdır.


"Bu o demək deyil ki, biz də qışqırmağa başlamalıyıq və ya bazarlarımızda azərbaycanlı alverçilərə qarşı ümumi reyd təşkil etməliyik. Əksinə, biz Azərbaycanın daxili vəziyyətini diqqətlə düşünməliyik. Ermənistanda da baş nazir Paşinyanın xəyanətkar kursuna qarşı çıxanları dəstəkləməliyik".


Bu, onu göstərir ki, Rusiya Azərbaycanın müstəqil siyasi kursunu heç cür həzm edə bilmir, regionda sülh və sabitliyin yaranmasını qəbul etmir.


Rusiya işğalçı niyyətini aşkar şəkildə ortaya qoyaraq, Azərbaycana qarşı açıq hədəyə keçib.


Ancaq yanılır. Bu, Rusiyanın son çarəsidir. Ermənistanda Karapetyanların, II Qareginlərin timsalında zəif qruplaşmaları varsa, Azərbaycanın daxilində ondan da məhrumdur. Elə ona görə də, Rusiyadakı azərbaycanlıları hədəfə alıb. Əsl rus siyasətinin mahiyyətidir bu. Ancaq artıq Rusiya hansısa ölkəyə təzyiq edəcək qüvvəyə sahib deyil. Bunu Zatulin də başa düşür. Və gücü ancaq hədələməyə çatır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930