xebermen.az

Zəhərlənməmək üçün qarpızı kəsmədən əvvəl mütləq bunu edin!

22-07-2025, 09:53

 

Yayın sevilən və təravətləndirici meyvəsi olan qarpız düzgün yuyulmadan istehlak edildikdə ciddi qida zəhərlənməsinə səbəb ola bilər.


Qastroenteroloq Prof. Dr. Vedat Göral xəbərdarlıq edir: qarpızın xarici qabığında daşınma, satış və saxlanma zamanı müxtəlif bakteriyalar toplanır. Əgər meyvə kəsilməzdən əvvəl sabun və isti su ilə yuyulmazsa, bıçaqla birlikdə bu bakteriyalar meyvənin içərisinə keçə bilər.


Mütəxəssis həmçinin xəbərdarlıq edib ki, kəsilmiş qarpız otaq temperaturunda 2 saatdan çox saxlanmamalı, açıq havada isə bu müddət maksimum 1 saat olmalıdır. Əks halda, bakteriyalar sürətlə çoxalaraq sağlamlıq üçün təhlükəli vəziyyət yarada bilər.


Yadda saxlayın:


Qarpızı kəsməzdən əvvəl sabun və isti su ilə yuyun;
Kəsildikdən sonra tez istehlak edin;
Xüsusilə piknik və açıq hava şəraitində daha diqqətli olun.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930