xebermen.az

Tədbirin Şuşada keçirilməsinin mühüm səbəbi var - Hikmət Hacıyev

20-07-2025, 10:52

 

"Tədbirin Şuşada keçirilməsinin mühüm səbəbi var. Çünki Şuşa ilhamverici bir məkandır".


Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusuna həsr olunmuş III Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.


Onun sözlərinə görə, iştirakçıların buraya dəvət olunmasının məqsədi onlara öz təkliflərini vermək imkanı yaratmaqdır.


“Təəssüf ki, Şuşa işğal altında olanda bu ərazidən dezinformasiyanın yayılması halları olmuşdu. Bu baxımdan, tədbirin burada keçirilməsi bir fürsətdir ki, iştirakçılar Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb fikir mübadiləsi aparsınlar. Bu da dezinformasiyanın qarşısını almaq baxımından çox vacibdir. Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı çoxsaylı dezinformasiyalara məruz qalıb və bu, bütün sahələri əhatə edib”, - o qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930