xebermen.az

Yeni tədris ilinin başlaması ilə kirayə mənzil bazarında qiymətlər necə dəyişəcək?

19-07-2025, 14:35

 

Yeni tədris ilinin başlamasına artıq az müddət qalıb. Avqust ayından etibarən regionlarda yaşayan tələbələr kirayə mənzillər tapmaq üçün Bakıya axın edəcəklər.

Bəs görəsən, bu, kirayə mənzil bazarında qiymətlərə necə təsir edəcək?

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, avqust ayının 15-20-dən sonra kirayə mənzil bazarında qiymətlərdə artım müşahidə oluna bilər:

"Hazırda kirayə mənzil bazarında qiymətlərdə durğunluq hökm sürür. Ötən ay ilə bu ay arasında müqayisə apardıqda ciddi fərqlər üzə çıxmır. Lakin bu vəziyyətin avqustun 15-20-dən sonra dəyişəcəyini ehtimal edirəm. Çünki tələb artdıqca təkliflər azalır, belə olan halda da qiymətlərdə artımlar özünü göstərir".

Ekspert kirayə mənzil bazarında bu il vəziyyətin daha da kəskinləşəcəyini qeyd edib:

"Bu ilin göstəricilərində vəziyyət daha ağır olacaq. Bəzi ərazilərdə çoxmənzilli binaların söküntüsü planlaşdırılır. Bu söküntü işləri sürətləndirilərsə, qiymət artımı daha çox olacaq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930