xebermen.az

Bu ölkədə hökümət "Telegram"ı qadağan etdi

19-07-2025, 14:34

 

Nepal hökuməti onlayn fırıldaqçılıq və çirkli pulların yuyulması ilə bağlı artan narahatlıqlar fonunda məşhur mesajlaşma tətbiqi "Telegram"ın dərhal bloklanması barədə qərar verib.

Qadağa cümə günü Nepal Telekommunikasiya İdarəsi (NTA) tərəfindən elan olunub və bu, ölkənin rəqəmsal təhlükəsizliyi artırmaq istiqamətində atdığı növbəti addım hesab olunur.

Hökumət "Telegram"n ağır maliyyə cinayətlərində, o cümlədən saxta iş elanları və kriptovalyuta fırıldaqları kimi fəaliyyətlərdə istifadə olunmasını, eləcə də rəsmi orqanlarla əməkdaşlıqdan imtina etməsini əsas səbəb kimi göstərib.

NTA bildirir ki, "Telegram"ın xüsusilə son dövrlər çirkli pulların yuyulması və onlayn dələduzluq hallarının artması ilə əlaqələndirilməsi bu qərarı labüd edib. Tətbiq eyni zamanda F1 Soft kimi ölkədə geniş istifadə olunan maliyyə platformalarının haker hücumları ilə sındırılmasında vasitə kimi göstərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930