xebermen.az

Ermənistanın KTMT-dən çıxacağı tarix bəlli oldu

18-07-2025, 10:23

 

Nikol Paşinyan bəzi komanda yoldaşlarına bildirib ki, Ermənistan böyük ehtimalla gələn ilin fevralında KTMT-dən çıxacaq.


Bu barədə “Hraparak” nəşri yazıb. Xatırladaq ki, ötən ilin fevralında o, Ermənistanın təşkilata üzvlüyünü dondurduğunu açıqlamışdı.


Aylardır Ermənistanın müxtəlif hökumət nümayəndələri KTMT-ni üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə tənqid edir, üzvlüyün dondurulmasının səbəbinin bu olduğunu bildirirdilər.


2023-cü ilin sentyabrından Ermənistan, Paşinyanın sözlərinə görə, KTMT proseslərində iştirakını dayandırıb.


KTMT nizamnaməsinə görə, üzv dövlətlərdən hər hansı biri iki il ərzində üzvlük haqqını və büdcədə nəzərdə tutulan xərcləri ödəməzsə, o zaman həmin dövlətin strukturda qalmasının məqsədəuyğunluğu müzakirə edilir.


KTMT-nin büdcəsi bütün üzv ölkələr arasında bölüşdürülür: onun yarısını Rusiya ödəyir, qalan 50% isə digər 5 iştirakçı arasında bərabər bölünür.


Bir neçə gün əvvəl Nikol Paşinyan keçirdiyi mətbuat konfransında KTMT-dən danışarkən deyib ki, Ermənistanın KTMT-dən çıxma ehtimalı münasibətləri dondurmaqdan daha çoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930