xebermen.az

Paşinyan komandasına bu xəbəri çatdırdı: Heç kimdən dəstək ala bilməyib, Zəngəzur dəhlizi...

16-07-2025, 10:08

 

İyulun 12-də Gorusda keçirilən Ermənistanın hakim “Mülki Müqaviləsi” partiyasının siyasi toplantısında digər məsələlərlə yanaşı, Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin mümkün təminatı məsələsi də müzakirə olunub.


"Mülkü Müqavilə”nin nümayəndələri bəyan ediblər ki, Paşinyan Türkiyə, Əbu-Dabi və Avropaya son səfərləri zamanı gözlədiyi zəmanəti və nəticələri ala bilməyib. “Mülkü Müqavilə” hesab edir ki, indiki mərhələdə beynəlxalq aktorlar Paşinyana "yol məsələsini" onun üstünlük verdiyi formatda həll etməkdə dəstək vermək niyyətində deyillər", - qəzet qeyd edib.


Nəşr öz mənbələrinə istinadən onu da qeyd edir ki, qapalı müzakirə zamanı Paşinyan öz partiyadaşlarına açıq şəkildə bəyan edib ki, Ermənistan tərəfinin yurisdiksiyasında olmasa, heç bir halda Sünikdən yol verməyəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930