xebermen.az

Günvurmanın əsas əlamətləri: Özümüzü necə qoruyaq?

16-07-2025, 10:02

 

Havanın temperaturu artdıqca, günəşin zərərli təsirləri də artır. Günvurma adətən ötəri yanaşdığımız, amma vaxtında müdaxilə olunmadıqda həyati təhlükə daşıyan vəziyyətdir.

Bəs vətəndaşlar yay gələndən günvurma halları ilə rastlaşıblar?

"Bəli, baş verib. Birdən-birə bədənim titrədi. Ənənəvi dərmanlardan istifadə etdim, qızdırmam düşdü", - deyə sakinlərdən biri bildirib.

"Bir neçə dəfə günvurma olub. Dədə-baba üsulu ilə, qatıqla keçdi", - digər sakin qeyd edib.

Bəs günvurmanı necə təyin etmək olar? Simptomları nələrdir?

Terapevt Sübhan Hacıyevin sözlərinə görə, başgicəllənmə, ürəkbulanma, başağrısı, halsızlıq, güclü tərləmə və bədən temperaturunun yüksəlməsi günvurmanın əsas əlamətləridir:

"Bu əlamətlər ortaya çıxan kimi tibbi yardım göstərilməlidir. Belə hallarda xəstəni dərhal kölgəli və sərin bir yerə aparmaq, bədənini nəmləndirmək, ona soyuq su vermək tövsiyə olunur".

Günvurmadan qorunmağın ən sadə qaydası günorta saat 11:00-dan 17:00-a qədər birbaşa günəş işığında mümkün qədər az olmaqdır.

Mütəxəssislər tövsiyə edirlər ki, bu halda belə aktiv günəş şüalarından qoruna bilmirsinizsə, o zaman yay qarderobunda açıqrəngli geyimlərə üstünlük vermək, yağlı və proteinli qidalardan uzaq dayanmaq tövsiyə olunur. Mütəmadi maye qəbul etmək, kölgədə dayanmağa üstünlük vermək günvurmadan qorunmaqda effektiv üsullardan biridir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930