xebermen.az

ABŞ-ın “Zəngəzur dəhlizi” ssenarisi: Türkiyənin xəbəri var?

15-07-2025, 10:24

 

Türkiyə prezidenti Rəcəb Ərdoğanın administrasiyası ABŞ-ın “Zəngəzur dəhlizi”ni idarə etmək niyyəti ilə bağlı plandan xəbərsizdir.

Bu barədə “RİA Novosti”yə Türkiyə prezidentinin administrasiyasından bildiriblər.

Bir müddət əvvəl ABŞ-ın Türkiyədəki səfiri Tomas Barak Ermənistanla Azərbaycan arasındakı 32 kilometrlik yola ABŞ-ın uzunmüddətli icarə əsasında nəzarət edə biləcəyi haqda danışıb.

“Bizim bundan xəbərimiz yoxdur, ona görə də şərh verə bilmərik”, – deyə Ərdoğan administrasiyası agentliyə bildirib.

Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan amerikalı diplomatın bəyanatlarını şərh edərkən bildirib ki, ABŞ-ın Türkiyədəki səfiri Tomas Barakın səsləndirdiyi variant qəbuledilməzdir və hüquqi baxımdan qeyri-mümkündür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930