xebermen.az

Paşinyanın adamı ermənilərə vəd verdi: Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq

8-07-2025, 21:54

 

Ermənistanda heç kim çevriliş edə bilməz. Bunu yadda saxlayın.

Bunu iyulun 8-də Ermənistan Milli Assambleyanın növbədənkənar iclasında “Ermənistan” müxalifət blokundan olan deputat Artur Sarkisyana qarşı ictimai cinayət təqibinin başlanmasına razılıq verilməsi təklifinin müzakirəsi zamanı hakim “Mülki Müqavilə” partiyasının üzvü Xaçatur Sukiasyan deyib.

Onun sözlərinə görə, Ermənistanda mövcud qurumlar nəhayət ki, fəaliyyətə başlayıb.

"Təbii ki, müəyyən çətinliklər yaradan müəyyən bürokratiya var. Lakin müasir iqtisadiyyat tədricən də olsa, şübhəsiz ki, yaxınlaşır. İqtisadiyyat inkişaf edir və rəqəmsallaşır. Beləliklə, bu bürokratiya tezliklə xeyli azalacaq və Ermənistan inkişaf etməyə başlayacaq. Hörmətli vətəndaşlar, əmin olun, Ermənistan inkişaf etməyə davam edəcək. Onun regionda çox yaxşı münasibətləri olacaq, Ermənistanın öz qonşuları ilə münasibətləri yaxşılaşacaq. Onlar özlərini təhlükəsiz hiss edəcəklər, həm də xalq əldə edəcəyi puldan həzz alacaq, firavan yaşayacaq”, - deyə Sukiasyan əmin edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930