BMT-dən dəhşətli Türkiyə hesabatı: Torpaqlarının 88 faizini...
İqlim dəyişikliyi və quraqlıq nəticəsində Türkiyə torpaqlarının 88 faizi çölləşmə riski ilə üz-üzədir.
Bu barədə məlumat Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəyi ilə hazırlanmış yeni hesabatda əksini tapıb.
Araşdırmada son illərdə, xüsusilə də son iki ildə baş verən intensiv quraqlığa diqqət çəkilir. Qeyd olunur ki, Akdeniz bölgəsi iqlim dəyişikliyindən ən çox təsirlənən coğrafiyalardan biridir. Bunun əsas səbəbi isə yüksələn temperatur və azalan yağıntı miqdarıdır.
Hesabatda 1950-ci illərdən bu yana quraqlığın həm sıxlığı, həm də təhlükəli təsirinin əhəmiyyətli dərəcədə artdığı vurğulanır. 2020-ci ildə Aralıq dənizi hövzəsində temperaturun orta hesabla 2–3 dərəcə yüksəldiyi, 2100-cü ilə qədər isə bu artımın 5 dərəcəyə çatacağı proqnozlaşdırılır. Hər 2 dərəcəlik artım isə bölgədə suya çıxışı 15% azaldacaq.
BMT sənədində Türkiyədə çöl iqliminə bənzər hava şəraitinin yayılma ehtimalının artdığı da qeyd olunur. Bu isə ölkəni quraqlıqdan ən çox təsirlənə biləcək dövlətlər sırasına daxil edir. Araşdırmada iqlim riski baxımından İspaniya, Mərakeş və Türkiyə müqayisə edilib.
Türkiyə yarı quraq və torpaq parçalanmasına meyilli bölgə kimi qiymətləndirilib. 21-ci əsrin sonuna qədər ölkədə yağıntının 30 faiz azalacağı, eyni zamanda temperaturun 4–5 dərəcə yüksələcəyi proqnozlaşdırılır — xüsusilə də ölkənin qərb və cənub bölgələrində.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: