xebermen.az

Beş nəfərin sonunu gətirən 8 - Azərbaycanda bir ailənin başdaşına eyni tarix yazılıb

8-07-2025, 21:49

 

Ağstafa rayonunun Qırılı kəndində bir ailənin faciəli taleyi bütün kəndi dərindən sarsıdıb. Belə ki, eyni ailədən bir il ərzində 5 nəfərin ölməsi özü-özlüyündə təəssüf doğursa da, onların ölüm tarixinin hər ayın 8-i olması bu faciəni daha da hüznlü edib.

İlk olaraq 2024-cü ilin avqust ayının 8-də ailə ilk itki ilə qarşılaşıb. 2022-cü il təvəllüdlü G.İsmayılzadə qıcolma səbəbindən həyatını itirib.

Ardınca həmin ilin sentyabr ayının 8-də 1965-ci il təvəllüdlü Füzuli İsmayılov və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Xatirə İsmayılova üzüm yığarkən hasar aşıb və onlar daşın altında qalaraq ölüblər.

Bundan sonra ailənin digər nəvəsi, 2024-cü il təvəllüdlü N.İsmaylıova bu il iyun ayının 8-də valideynləri tərəfindən ağır vəziyyətdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı azyaşlının öldüyü məlum olub. Körpənin ölüm səbəbi məlum deyil.

Bu gün isə, yəni iyul ayının 8-də sözügedən azyaşlıların anası Şəhanə İsmayılova pilləkəndən yıxılaraq dünyasını dəyişib.

Təəssüf ki, bu 5 nəfər - fərqli aylarda olsa da, ayın 8-i günü dünyasını dəyişib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930