xebermen.az

Rusiya Bakıya heyət göndərir: Putinin şəxsi mesajı...

7-07-2025, 10:58

 

Hazırda Moskvada nümayəndə heyəti hazırlanır və o, gələn həftə Bakıya qeyri-rəsmi səfər edərək iki ölkə arasındakı münaqişənin həllinə çalışacaq.


Bu barədə VÇK-OQPU Teleqram kanalı mənbəyə istinadla məlumat yayıb.


Məlumata görə, şəxsən Rusiya Prezidenti Putinin mesajı çatdırılacaq və həbs olunanların mübadiləsi təklifi verilə bilər. 


Bildirilib ki, nümayəndə heyətinə Putinin keçmiş şəxsi adyutantı, hazırkı fövqəladə hallar naziri, Azərbaycan nümayəndələri ilə şəxsi münasibətləri yaxşı olan Aleksandr Kurenkov başçılıq edə bilər.


“Azərbaycanla münasibətlərdə yaranan fəsadlar hazırda Kremlin planlarına daxil deyil. Bu, indi Moskva üçün sərfəli deyil və bir neçə istiqamətdə konflikt aparmaq və mühüm regionda strateji tərəfdaşını itirmək imkanı yoxdur”, - mənbə kanala açıqlamasında deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031