xebermen.az

Xeops piramidasının sirri: Dünyanın böyük möcüzəsinin həqiqi inşaatçılarının kim olduğu öyrənildi

5-07-2025, 10:35

 

Misirdə məşhur Xeops ehramı qullar deyil, peşəkar işçilər tərəfindən inşa edilib.

Bu barədə Misirli məşhur arxeoloq və sabiq qədim abidələr naziri Zahi Həvvas bəyan edib.

Onun rəhbərlik etdiyi ekspedisiya XIII əsrə (e.ə.) aid işçilərə məxsus izlər və qəbirlər aşkar edib. Ehramın cənub tərəfində yerləşən bu məzar yerlərində daş daşıyan fiqurlar və "ehramın tərəfini nəzarətdə saxlayan", "sənətkar" kimi heroqliflər tapılıb.

Həvvas bu faktların tikintidə qul əməyindən istifadə olunmadığını təsdiqlədiyini deyib:

"Əgər onlar qul olsaydılar, ehramların kölgəsində dəfn edilməzdilər", - deyə o izah verib.

Araşdırmalara görə, işçilər 10 günlük fasilələrlə növbəli şəkildə çalışıblar. Bəzi işçilər daşı doğrayıb formaya salır, digərləri isə taxta xizəklərlə qumun üstü ilə bu daşları daşıyırdılar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930