xebermen.az

Liderlərdən Xankəndidə həmrəylik nümayişi

4-07-2025, 22:36

 


Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Pərviz Şərif Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasının qarşısında bir araya gəliblər.

Üç ölkə liderinin əl-ələ tutaraq səmimi söhbət etmələri nəzərlərdən yayınmayıb.

Pakistan Baş naziri coşqulu şəkildə "Türkiyə, Azərbaycan və Pakistan zindəbad" deyərək, üç ölkənin birliyini və həmrəyliyini vurğulayıb.

Ərdoğan isə buna "Maşallah" deyərək, qarşılıq göstərib.

Prezident İlham Əliyev Xankəndidə onların qarşısındakı yeni inşa edilən otel barədə Prezident Ərdoğana məlumat verib.

Bu səmimi tarixi görüş regionda sülh və əməkdaşlıq mesajı verən bir an olaraq yadda qalıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031