xebermen.az

Kaspersky sosial media fırıldaqları ilə bağlı xəbərdarlıq edib

2-07-2025, 15:15

 

Kibertəhlükəsizlik şirkəti Kaspersky 2024-cü ildə sosial şəbəkələrdə yayılmış yeni fırıldaq kampaniyaları barədə xəbərdarlıq edib.

Şirkətin məlumatına görə, fişinq və sosial mühəndislik üsullarından istifadə edən kiberhücumçular istifadəçilərin şəxsi məlumatlarını ələ keçirməyə və cihazlara zərərli proqramlar yükləməyə çalışırlar.

Ən çox "WhatsApp", "Facebook", "Instagram", "TikTok", "Telegram" və "X" (keçmiş "Twitter') üzərindən yayılan bu hücumlar, saxta doğrulama səhifələri, pulsuz izləyici vədləri və "mükafat" reklamları ilə həyata keçirilir.

Qeyd edək ki, Kaspersky-nin "META" regionu üzrə nümayəndəsi Seifallah Jedidi bildirib ki, süni intellektin inkişafı fırıldaqları daha inandırıcı və fərdi hala gətirib. Onun sözlərinə görə, istifadəçilər güclü şifrlər, iki faktorlu autentifikasiya və kibertəhlükəsizlik barədə məlumatlılıqla bu risklərdən qoruna bilərlər.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031