xebermen.az

Yekaterinburq hadisəsi: Baş Prokurorluqda brifinq keçirilir

2-07-2025, 10:56

 

Xəbər verdiyimiz kimi, Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FTX) keçirdiyi əməliyyat zamanı iki azərbaycanlının öldürülməsi ilə bağlı Azərbaycan Baş Prokurorluğunda cinayət işi başlanılıb.


Bununla bağlı bu gün Baş Prokurorluqda mətbuat konfransı təşkil olunub.


Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya FTX Yekaterinburqda azərbaycanlıların yaşadığı evlərdə əməliyyat keçirib. Əməliyyat zamanı iki nəfər öldürülüb, bir neçə nəfər isə xəsarət alıb. Həlak olan şəxslər tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşları - Hüseyn və Ziyəddin Səfərovlardır.


Onların nəşləri iyunun 30-da Bakıya gətirilib, ekspertiza olunub və iyulun 1-də Ağcabədidə dəfn edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031