xebermen.az

Putin Azərbaycana buna görə hücum edir: Türkiyə açıqladı

1-07-2025, 09:54

 

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan vətəndaşlarına qarşı görünməmiş qeyri-qanuni rəftar dünya mediasında geniş müzakirə olunur.

Səfərovlar ailəsindən Hüseyn və Ziyəddin qardaşlarının həyatını alan Putinin qara maskalıları kimi tanınan Rusiya polisinin xüsusi təyinatlı OMON-un qeyri-mütənasib gücü böyük reaksiyaya səbəb olub.

Yekaterinburq Məhkəməsinin həbs qərarı verilən 6 nəfər haqqında çıxardığı qanunsuz qərar və eyni ailədən 2 nəfərin ölümünə səbəb olan özbaşına müdaxilə Türkiyənin “Haber Global” telekanalında da dəyərləndirilib.

Canlı yayımda qonaq olan Prof.Dr.Levent Yılmaz, "Rusiya Azərbaycan vətəndaşlarının Rusiya üzərində iqtisadi, mədəni və bəzən texniki üstünlük təşkil etməsini istəmir" deyib.

Onun fikrincə, Putinin Azərbaycan vətəndaşlarına qarşı görünməmiş hücumunun əsas səbəbi budur. Putin bununla Azərbaycan təzyiq etmək niyyətindədir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930