xebermen.az

Almaniya etiraz etmişdi: Bu ölkədən Türkiyəyə dəstək gəldi

30-06-2025, 20:32

 

Almaniyanın Türkiyəyə "Eurofighter Typhoon" döyüş təyyarələri satışında uzatma siyasəti davam edərkən, diqqət çəkən açıqlama gəlib.

İngiltərə Xarici İşlər Naziri Devid Lammi Ankaraya səfəri ərəfəsində “Hürriyyət” qəzetinə danışıb.

Lemmi Almaniyanın keçmişdəki əngəllərinin artıq aradan qalxdığını bildirərək deyib: “Türkiyə, Avropanın və dünyanın təhlükəsizliyi üçün vazgeçilməz tərəfdaşdır”.

Lemmi Türkiyə ilə müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayaraq, "Eurofighter" satışının təkcə texniki yox, həm də strateji və siyasi məsələ olduğunu qeyd edib.

“Biz xalqların daha təhlükəsiz və azad yaşadığı bir dünya qurmaq istəyən müttəfiqik. Türkiyə ilə birlikdə işləmək bu məqsədin bir hissəsidir”, - deyə o bildirib.

Almaniya, İngiltərə, İtaliya və İspaniyanın birgə istehsal etdiyi "Eurofighter Typhoon" təyyarələrinin Türkiyəyə ixracı ilə bağlı Almaniyanın etirazları əvvəlcə prosesin dayanmasına səbəb olmuşdu.

Ancaq Berlin rəhbərliyinin son dövrdə mövqeyini dəyişdiyi və satışın yolunun açıldığı müşahidə edilir. Ankara ilə London arasındakı diplomatik və müdafiə dialoqu da bu müddətdə sürətlənib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930