xebermen.az

Daha bir masa qurulur - Ankara konkret tarix açıqlayacaq

30-06-2025, 09:54


 


Türkiyə İstanbulda Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundunun tezliklə təyin olunacağını gözləyir.

Bu barədə "RİA Novosti" agentliyinə məlumatlı diplomatik mənbə məlumat verib.

Türkiyə tərəfi yeni danışıqları ən yüksək səviyyədə təşkil etməyə və aparmağa hazır olduğunu bildirib.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan hər iki ölkənin nümayəndə heyətləri ilə məsləhətləşmələr apardığını və tərəflərin dialoqu davam etdirmək iradəsini açıqlamışdı.

"Ümid edirik ki, yaxın vaxtlarda konkret tarix açıqlanacaq. Türkiyə bu danışıqlar üçün platforma təqdim etməyə hazırdır", - diplomatik mənbə qeyd edib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930