xebermen.az

Bu ölkə vətəndaşlarını İsraildən çıxarır

23-06-2025, 09:51

 

Böyük Britaniya hökuməti İsraildən çıxmaq istəyən britaniyalılar üçün çarter reysi təşkil edir.

Britaniya vətəndaşlarına onlayn forma vasitəsilə uçuşla bağlı maraqlarını bildirmək tövsiyə olunub. Bu qərar ABŞ-ın İranın nüvə obyektlərinə zərbələr endirməsi və İsrail-İran arasında gərginliyin artması fonunda elan edilib. İsrail hava məkanı 13 iyun tarixində bağlanıb.

Xarici İşlər Nazirliyindən bildirilib ki, əlavə uçuşlar təhlükəsizlik vəziyyəti və tələb əsasında nəzərdən keçiriləcək. Regionda vəziyyətin tez-tez dəyişməsi səbəbindən uçuş imkanları qısa müddətdə dəyişə bilər. Britaniya vətəndaşları və onlarla birlikdə səyahət edən qeyri-britaniyalı ailə üzvləri bu xüsusi reys üçün müraciət edə bilərlər. Tel-Əvivdən planlaşdırılan uçuşda yerlər ehtiyac dərəcəsinə uyğun olaraq ayrılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031