xebermen.az

ABŞ vətəndaşları İrandan Azərbaycana təxliyə olundular

23-06-2025, 09:50

 

İsrail-İran münaqişəsi başlayandan sonra xarici ölkə vətəndaşlarının İrandan Azərbaycana təxliyəsi davam edir.

Gün ərzində kiçik qruplar şəklində xarici vətəndaşlarının Astara Dövlət Sərhədindən Buraxılış Məntəqəsi vasitəsilə təxliyəsi həyata keçirilir.

Bir qədər əvvəl də 10 nəfərdən artıq ABŞ və digər xarici ölkə vətəndaşları Azərbaycana təxliyə olunub. Amerika vətəndaşı Aborzi Aborinq bildirib ki, sərhəddə keçid üçün rahat şərait yaradılıb: “Azərbaycan dövlətinə təxliyə üçün öz təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031