xebermen.az

“Kameraları söndürün, İran izləyir” - İsraildən ŞOK XƏBƏRDARLIQ

21-06-2025, 09:51

 

İran və İsrail arasında artan gərginlik kiberməkanda da özünü göstərməyə başlayıb. İsrail təhlükəsizlik qurumları vətəndaşlara şəxsi təhlükəsizlik kameralarını söndürmələri və ya parollarını dəyişmələri ilə bağlı rəsmi xəbərdarlıq edib.

Səbəb isə İranın bu kameralar vasitəsilə casusluq fəaliyyəti həyata keçirməsidir.

İsrailin Milli Kiber Direktorluğunun keçmiş direktor müavini Refael Franko bildirib ki, internet bağlantısı olan təhlükəsizlik kameraları İran tərəfindən hərbi məqsədlər üçün istifadə olunur. Onun sözlərinə görə, bu vəziyyət ölkə təhlükəsizliyi üçün real təhdidə çevrilib.

İsrail Kiber Müdirliyi də bu iddianı təsdiqləyib. Bildirilib ki, sosial şəbəkələrdə yayılan bəzi görüntülərin də məhz bu kameralar vasitəsilə əldə edildiyi ehtimal olunur. NTV-nin məlumatına görə, bu, tək hadisə deyil - 2023-cü ilin oktyabrında Həmas da bənzər formada mülki təhlükəsizlik kameralarından kəşfiyyat məqsədilə istifadə etmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930