xebermen.az

Azərbaycanda bu yazıçılara 350 manat veriləcək

20-06-2025, 12:37

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Varis Yolçiyevə 190 manat, İlham Qəhrəmana isə 160 manat ödəyəcək.

Kitabxana Azərbaycan Yazıçılar Birliyinin üzvləri - Əməkdar jurnalist, tanınmış yazıçı-publisist Varis Yolçiyevlə və şair-publisist İlham Qəhrəmanla müqavilə bağlayıb.

Müqavilə hər iki yazıçının nəşrlərinin satınalınması ilə bağlıdır. Kitabxana ilə V.Yolçiyev arasında bağlanmış müqavilənin dəyəri cəmi 190 manat, İ.Qəhrəman arasında bağlanmış müqavilənin dəyəri isə cəmi 160 manat məbləğindədir.

Xatırladaq ki, Respublika Gənclər Kitabxanası ötən il də hər iki yazıçı ilə onlara məxsus nəşrlərin satınalınması ilə bağlı müqavilə bağlamışdı. Həmin müqavilələrə əsasən, kitabxana tərəfindən V.Yolçiyevə 620 manat, İ.Qəhrəmana isə 349,9 manat ödənilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031