xebermen.az

Bu məhsul kəskin ucuzlaşdı - Son 4 ildə ilk

19-06-2025, 09:15

 

Şəkər qiymətləri dörd ilin minimumuna enib.

London Qitələrarası Birjasında (ICE) iyul ayı xam şəkər fyuçerslərinin (rafinə edilməmiş şəkər) qiyməti 1,6% ucuzlaşıb.

Ticarət məlumatlarına görə, qiymət enişindən sonra şəkərin hər funtu (0,4 kq) 0,1582 dollara başa gəlib.

Bu, 14 aprel 2021-ci ildən bəri ən aşağı göstəricidir.

Cari ildə martın 17-dən indiyə kimi şəkərin qiyməti 21% ucuzlaşıb. Təkcə bu ayın əvvəlindən 7,2% ucuzlaşma qeydə alınıb.

Qeyd olunur ki, qiymətlərin enməsi məhsulun ən böyük istehsalçıları və ixracatçıları olan Hindistan ilə Taylandın tədarükləri artıracağına dair proqnozlarla bağlıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031