xebermen.az

Beynimiz bizi aldadır: Bənövşəyi rəng mövcud deyil

16-06-2025, 09:24

 

Gözlərimiz ətrafdakı bənövşəyi rəngli əşyaları və canlıları asanlıqla görə bilir. Lakin elektromaqnit spektrinin görünən hissəsində bu rəng yoxdur. Alimlər deyirlər ki, bənövşəyi rəng müəyyən mənada beynimiz tərəfindən icad edilib və buna görə də biz onu görə bilirik.

Bu barədə "Live Science" yazır.

Alimlərin fikrincə, bənövşəyi rəng beynin rəngləri özünəməxsus şəkildə emal etməsinə görə mövcuddur. Bu, beynin işığın müxtəlif dalğa uzunluqlarını fərqli qəbul etməsi və bir-biri ilə əlaqələndirməsi ilə bağlıdır.

İnsanlar rəngi gözlərinin arxa hissəsindəki konus adlanan və işığı qəbul edən xüsusi reseptorlar sayəsində qavrayırlar. İşıq gözə daxil olduqda, üç reseptor işıq və ona uyğun dalğa uzunluqları haqqında məlumatları hiss edir və beyinə elektrik siqnalları göndərir. Beyin daha sonra bu məlumatı alır və gördükləri haqqında nəticə çıxarır.

Beyin eyni anda qırmızı və mavi işıq dalğası uzunluqları ilə qarşılaşdıqda, onları bir araya gətirir. Başqa sözlə, qırmızı və mavi rəngləri birləşdirərək bənövşəyi rəng əldə edir, baxmayaraq ki, əslində işıq bu rəngdə deyil.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930