xebermen.az

Güclü qasırğa Ermənistanda şəhəri ALT-ÜST ETDİ - Xəsarət alanlar var

Dünən, 22:50

 

Ermənistanın İrəvanın şimal-qərbində yerləşən Aparan şəhərində güclü qasırğa nəticəsində 4 nəfər xəsarət alıb.

Bu barədə "Facebook"da ölkənin Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan məlumat verib.

Onun sözlərinə görə, saat 16:10-dan (Bakə vaxtı ilə eyni) güclü qasırğa rayonda binaların dam örtüklərinə və nəqliyyat vasitələrinə ziyan vurub. Dörd zərərçəkənə tibbi yardım lazım olub.

"Sputnik Ermənistan"ın məlumatına görə, onların arasında üç böyük və bir uşaq var. Onlar orta və yüngül xəsarət alıblar.

Son məlumatlara görə, qasırğa 21 binanın dam örtüyünə, 19 minik avtomobilinə və üç yük maşınına ziyan vurub, 15 ağacı və 8 elektrik dirəyini uçurub.

Təhlükəsizlik məqsədilə şəhərdə işıq, qaz və su təchizatı dayandırılıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30