xebermen.az

Dünya qlobal müharibəyə bu qədər yaxın olmayıb - FƏLAKƏT XƏBƏRDARLIĞI

14-06-2025, 14:48

 

Dünya Yaxın Şərqdə baş verən hadisələrə görə sürətlə qlobal müharibəyə doğru irəliləyir. ABŞ və Avropa çox gec olmadan İsrail və İran arasında gərginliyi dayandırmalıdır.

Bu xəbərdalığı Polşanın baş naziri Donald Tusk "X" sosial şəbəkəsində edib.

Tusk yazıb ki, İsrail və İran arasında qarşıdurma regional müharibəyə doğru gedir və bu, bütün dünyada sabitliyi poza bilər.

"Biz İkinci Dünya müharibəsindən bəri qlobal münaqişəyə bu qədər yaxın olmamışıq", - deyə Tusk vurğulayıb.

Daha sonra o, Avropa və ABŞ-ı qüvvələri birləşdirib gərginliyi dayandırmağa çağırıb.

"Hələ də gec deyil!", - deyə Polşanın baş naziri yazıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031