xebermen.az

İran PUA-ları bu qədər vaxta İsrailə çatacaq

13-06-2025, 11:14

 

İran tərəfindən buraxılan pilotsuz təyyarələrin (PUA) yaxın saatlarda İsrailə çatacağı gözlənilir.

Bu barədə “Times of Israel” məlumat yayıb.

Bildirilib ki, bir saat əvvəl İraq üzərində bir neçə pilotsuz təyyarə aşkarlanıb. Bu o deməkdir ki, onlar İsrail Müdafiə Qüvvələri (İDF) tərəfindən vurulmasalar, yaxın bir neçə saat ərzində İsrailə çatacaqlar.

İDF daha əvvəl bildirmişdi ki, İrandan İsrailə doğru 100-dən çox PUA buraxılıb və İsrail Hərbi Hava Qüvvələri onların qarşısını almaq üçün çalışır.

Belə dronların İrandan İsrailə çatması isə ümumiyyətlə yeddi saat çəkir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031