xebermen.az

Pasientə yanlış diaqnoz qoyan həkimləri nə gözləyir? - Hüquqşünasdan AÇIQLAMA

10-06-2025, 17:03

 

Son illərdə səhv tibbi müdaxilə nəticəsində yaranan şikayətlərin sayı artıb. Bəzən düzgün qoyulmayan diaqnoz, bəzən də səhlənkar münasibət pasientin səhhətində ciddi fəsadlara səbəb olur.

Belə hallarda günah kimdə olur? 

Məsələ ilə bağlı hüquqşünas Elminaz Qafarova açıqlama verib:

"Yanlış tibbi müdaxilə və müalicə nəticəsində şəxsə zərər dəyərsə, bu halda zərər verən şəxs barəsində mülki, inzibati və ağırlaşdırıcı hallarda isə cinayət məsuliyyəti nəzərdə tutulur. Baş vermiş pozuntu barədə zərərçəkmiş özü və ya səlahiyyətli digər şəxs bu barədə aidiyyatı orqanlara müraciət edə bilər. 

Zərər görən şəxs özünün baş vermiş bu tibbi müdaxilə nəticəsində zərər yetirməsini əsaslı faktlarla, dəlillərlə sübuta yetirməlidir. Belə hallarda məsələ ya məhkəmə, ya da prokurorluq vasitəsi ilə araşdırılır. Əsas sübut isə tibbi ekspertiza nəticələri sayılır. Əgər zərər təsdiqlənərsə, həm təzminat, həm də cəza tədbirləri tətbiq oluna bilər. Cinayət Məcəlləsinin 314-cü maddəsinə əsasən, səhlənkarlıqla sağlamlığa ağır zərər vurmaq cinayət məsuliyyəti yaradır". 

Hüquqşünas qeyd edir ki, bəzən zərərçəkən tərəf özü nəticənin baş verməsində birbaşa təqsirkar olur. Həkim təlimatına uyğun olmayan hərəkətlər edir. Eyni zamanda həkimin onun üçün müəyyən etdiyi qaydalara bəzən insanlar əməl etmir. Bu halda biz həkimi cvaabdeh olaraq qəbul edə bilmərik. Bu tədbirlərin növü, həddi isə törədilmiş əməlin xarakterinə, ağırlıq dərəcəsinə və baş vermiş nəticəyə uyğun olaraq qiymətləndirilir. 

Ekspertlər bildirirlər ki, yanlış müalicələrin qarşısını almaq üçün həkimlərin peşəkarlığı ilə yanaşı, xəstələrin düzgün məlumatlandırılması da vacibdir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30