Paşinyan hücuma keçir: Ermənistanın baş naziri II Qaregini devirmək üçün qrup yaradır
Ermənistanın baş naziri Nikol Paşinyan yüksək vəzifəli ruhanilərlə mübarizədə əməli fəaliyyətə keçir.
Paşinyan II Qaregini vəzifədən uzaqlaşdırmaq və bütün ermənilərin yeni katolikosunu seçmək üçün koordinasiya qrupu yaratmaq niyyətindədir.
Hökumət başçısının sosial şəbəkədə qeyd etdiyi kimi, koordinasiya qrupunun ilk 10 üzvünü özü seçəcək. O, hətta seçim meyarlarını da göstərib.
Paşinyan qeyd edib ki, bizə elə insanlar lazımdır ki, onlar İsa Məsihə bütün qəlbləri ilə inansınlar; həyatlarında ən azı bir dəfə Müqəddəs Kitabı əvvəldən axıra qədər oxumuş olsunlar; son 5 ildə ən azı bir dəfə oruc tutsunlar və hər gün dua etsinlər.
“Həmçinin qrupun potensial üzvləri başa düşməlidirlər ki, Eçmiədzin Ana Taxtının yenilənməsi gündəliyi “Erməni Apostol Müqəddəs Kilsəsinin, xalqımızın, dövlətimizin maraqlarından irəli gəlir və əcdadlarımızın müqəddəs ənənələrinə uyğundur. Mən başa düşürəm ki, meyarların əksəriyyətini obyektiv şəkildə yoxlamaq mümkün deyil, lakin ünsiyyət zamanı, söhbətlər zamanı Allahın köməyi ilə biz bunu öyrənə bilərik, ruhun gözü ilə görə bilərik", - Paşinyan yazıb.