xebermen.az

“ƏDV geri al”anlara XƏBƏRDARLIQ

Bu gün, 14:43

 

Xəbər verdiyimiz kimi, bu gün saat 10:00-dan 00:00-dək Dövlət Vergi Xidmətinin Data Mərkəzində profilaktik tədbirlərin aparılması ilə əlaqədar qurumun rəsmi internet saytı və İnternet Vergi İdarəsi tərəfindən təqdim edilən elektron xidmətlərdən istifadə mümkün olmayacaq.

O cümlədən, Dövlət Vergi Xidməti tərəfindən "ƏDV geri al" portalında da texniki tənzimləmələr həyata keçiriləcək.

Bununla bağlı olaraq bu gün "ƏDV geri al" portalında, həmçinin Birbank tətbiqində ƏDV geri almaq üçün qəbzləri oxutmaqda çətinlik yaşana bilər.

8 iyun tarixindən etibarən isə Birbank tətbiqi ilə yenidən rahatlıqla qəbzləri oxudaraq ƏDV geri almaq mümkün olacaq.

Qeyd edək ki, QR ödənişlər üzrə birbaşa əldə olunan ƏDV-lər 8 iyunda, digər ödənişlər üzrə 7 iyunda geri qaytarılması nəzərdə tutulan ƏDV-lər isə yaxın bir neçə gün ərzində köçürüləcək.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30