xebermen.az

Kart oğurluğu “OFFLINE”da olur! - XƏBƏRDARLIQ

5-06-2025, 09:04

 

ATM-lərdə yerləşdirilən gizli qurğular - skimmerlər bank kartınızın məlumatlarını oxuya, gizli kamera və ya saxta klaviatura isə PIN kodunuzu ələ keçirə bilər.

Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bu tip dələduzluğa "ATM skimming" deyilir və nəticədə hesabınızdakı bütün vəsaitlər oğurlana bilər!

Necə tanımaq olar?
1) ATM-dəki kart yuvası və ya klaviatura fərqli görünürsə və ya nasazdırsa;
2) Pul çıxarılan hissənin üzərində əlavə cihaz və ya yapışdırılmış qurğu hiss olunursa;
3) Ətrafda şübhəli şəkildə müşahidə aparan şəxslər varsa;

Necə qorunmaq olar?
1) PIN kodu daxil edərkən əlinizlə klaviaturanı örtün.
2) Kartı daxil etməzdən ATM-ni diqqətlə yoxlayın.
3) Mütəmadi olaraq kart hesablarınızdakı fəaliyyətləri izləyin.
4) Kart hesabınızda şübhəli halları dərhal bankınıza bildirin.

Unutmayın: Kiçik ehtiyat - böyük itkilərin qarşısını ala bilər. Bank kartlarınızla əməliyyat apararkən diqqətli olun və öz təhlükəsizliyinizi təmin edin.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930