xebermen.az

Bu restoranlar cərimələndi

3-06-2025, 21:55

 

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən monitorinqlər zamanı "Mega Palace", "Bəyaz Saray", “Fəridə” şadlıq saraylarından, "İmperator", "Kənd Qəbələ", "Niaqara", "Qədim Bərdə”, "Çinaraltı Kabab", "Qoca Çinar" və "Lüks Dönər" restoranlarından havaya normadan artıq tullantı atıldığı müəyyən edilib.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, faktlarla bağlı sözügedən obyektlərin məsul şəxsləri barəsində protokol tərtib edilərək hər birinin 2500 manat məbləğində cərimə olunması ilə bağlı qanunamüvafiq tədbirlər görülür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930