xebermen.az

Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...

3-06-2025, 10:01

 

Mütəxəssislər Türkiyənin Marmaris sahillərində baş verən 5,8 bal gücündə zəlzələ ilə bağlı qiymətləndirmələr aparıb.

Geoloq Okan Tüysüz bu ölçüdə zəlzələlərin bölgədə normal qəbul edilməsi lazım olduğunu bildirib.

“İlkin məlumatlara görə, zəlzələ 60-70 km dərinlikdə baş verib. Zəlzələ dərin olduğundan geniş ərazidə hiss olunması, lakin dəyən ziyanın daha az olması gözlənilir. Ege bölgəsi dünyada zəlzələlərin ən çox baş verdiyi bölgələrdən biridir. Bunlar normal qəbul etməli olduğumuz fəaliyyətlərdir. Sunami ehtimalı isə real deyil. Zəlzələnin dərinlikdə baş verdiyi bölgədə sunami ehtimalı da az olur", - geoloq söyləyib.

Professor Ceyhun Özçelik də sunami ehtimalının gözlənilmədiyini qeyd edib:

"Hazırda əhəmiyyətli bir sunami təsirini proqnozlaşdırmırıq. Mümkün güclü zəlzələlərdən sonra vətəndaşlarımız diqqətli olmalıdır. Səlahiyyətlilərdən gələn açıqlamalar çox diqqətlə izlənməlidir. Çox şiddətli zəlzələlərdən sonra ən az 1 saat sahil zolağından uzaq durmaq məqsədəuyğundur. Hazırda zəlzələnin intensivliyi baxımından ciddi sunami effekti yaratması mümkün deyil. Lakin sonradan baş verə biləcək təkanlar hələ də çox diqqətlə izlənilməlidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30