xebermen.az

“WhatsApp”a rəqib gəldi

3-06-2025, 09:54

 

Amerikalı milyarder İlon Mask “XChat” adlı təhlükəsiz mesajlaşma xidmətini təqdim edib.

"X"dəki bu funksiya “WhatsApp”, “Telegram” və “iMessage” kimi mesajlaşma platformalarına birbaşa rəqib olaraq, məxfiliyə, fayl paylaşımına və platformalararası zənglərə diqqət yetirir.

Maskın sözlərinə görə, “Xchat” sürəti və yaddaş təhlükəsizliyi ilə tanınan “Rust” proqramlaşdırma dilindən istifadə edilərək, tamamilə sıfırdan qurulub.

O, iddia edir ki, tətbiqdə indi “Bitcoin” tipli şifrələmədən istifadə edilir, bu da mesajlaşma funksiyalarına yeni məxfilik səviyyəsini əlavə edir. Başdan sona şifrələmə sayəsində “XChat”da söhbətlər tamamilə məxfi qalır – onları yalnız göndərən və qəbul edən şəxs görür. Bildirilir ki, istifadə olunan şifrələmə üsullarının kriptovalyuta şəbəkələrində istifadə edilənləri xatırladır, bu da yüksək məlumat təhlükəsizliyi standartı vəd edir.

“XChat” hazırda məhdud sayda beta testerləri üçün əlçatandır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930