xebermen.az

"Qiyamət günü radiostansiyası"ndan iki sirli mesaj

1-06-2025, 10:25

 

Rusiyanın ən sirli radiostansiyası hesab olunan "Qiyamət günü radiostansiyası UVB-76" iki yeni sirli mesaj ötürüb.

Bu barədə "UVB-76 loqları" "Telegram" kanalı xəbər verib.

Bildirilir ki, efirdə "luçotorq" və "kopna" sözləri səslənib.

Qeyd edək ki, "UVB-76"nı təkcə Rusiyanın deyil, bütün dünyanın istənilən nöqtəsində eşitmək mümkündür, çünki onun qısa dalğaları ən ucqar rayonlara belə çatır. Lakin radiostansiyanı kimin və nə üçün istifadə etdiyi hələ də sirr olaraq qalır. Xüsusilə rus dilində canlı səslə ötürülən və aydın şəkildə müəyyən formatı izləyən anlaşılmaz ifadələr, rəqəmlər və ya mənasız söz birləşmələri sirli görünür.

Konspiroloqlar əmindirlər ki, vızıltı səsinə görə həm də "Jujjalka" adlanan radiostansiyanın sirli mesajları müəyyən miqyaslı geosiyasi hadisələrin xəbərçisidir. Lakin bunu nə təsdiq, nə də təkzib etmək mümkün olub.

Sirli radiostansiyanın nə üçün işlədiyi barədə bu gün çoxlu versiyalar mövcuddur. Bəziləri deyir ki, "UVB-76" atom sualtı qayıqları ilə əlaqə saxlayır və nüvə raketlərinin buraxılışına nəzarət edir, digərləri - daha ekzotik olanlar - "Jujjalka"nın yer xaricindəki sivilizasiyalarla əlaqə qurmaq və onları axtarmaq üçün lazım olduğunu söyləyirlər. Konspiroloqlar, həmçinin güman edirdilər ki, "UVB-76" "Ölü əl" adlanan sistemlə əlaqəli ola bilər. İddiaya görə, Rusiyaya nüvə zərbəsi endirilərsə, "Jujjalka"nın siqnalı kəsiləcək - və bu, "qiyamət günü" raketlərinin buraxılışına siqnal olacaq.

"UVB-76" radiostansiyasının məhz haradan yayım etdiyi məlum deyil.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30