xebermen.az

Məşhur marmeladlarda narkotik AŞKARLANDI - Uşaqlar xəstəxanaya yerləşdirildi

30-05-2025, 11:38

 

"Haribo" şirkəti Hollandiyada satışda olan bəzi marmeladlarında narkotik maddə - çətənə aşkar edilib.

Qida və İstehlak Məhsullarının Təhlükəsizliyi İdarəsinin (NVWA) məlumatına görə, 1 kiloqramlıq üç paketdən yemiş bir neçə nəfər, o cümlədən uşaqlar, başgicəllənmə və narahatlıq hissi kimi sağlamlıq şikayətləri ilə üzləşib.

Rəsmi açıqlamaya əsasən, maddənin konfetə necə düşdüyü hələlik məlum deyil. Məsələ ilə bağlı polis araşdırma aparır. Hollandiya polisi şərqdəki Tvente bölgəsində yaşayan bir cütlüyün şikayətindən sonra həmin məhsulu məhkəmə-tibbi ekspertizaya göndərib və nəticədə konfetdə kannabis izləri aşkar olunub.

NVWA və polis bu hadisənin arxasında narkotik qaçaqmalçılarının ola biləcəyini ehtimal edir. Məlumata görə, bəzi hallarda qaçaqmalçılar uşaq şirniyyatlarından örtük kimi istifadə edərək onların içərisinə THC yeridirlər.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930