xebermen.az

Rusiya ordusu bu istiqamətdə sürətlə irəliləyir

30-05-2025, 10:39

 

Rusiya silahlı qüvvələri Xarkov vilayətində irəliləyir, Rusiya Federasiyası ilə həmsərhəd əraziləri təmizləyir.

“RİA Novosti” bu barədə hərbi ekspert Andrey Maroçkoya istinadən məlumat yayıb. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri Rusiya ilə sərhəddə yerləşən Stroyevka kəndini tutduqdan sonra Xarkov vilayətində əldə etdikləri uğurları möhkəmləndirməkdə davam edir.

"Xarkov vilayətində irəliləyiş bu yaşayış məntəqəsinin həm şimalına, həm də cənubuna doğru gedir. Eyni zamanda, döyüşçülərimiz sərhəd bölgəsini təmizləyir", - Maroçko bildirib.

O, həmçinin Rusiya ordusunun Ukrayna Silahlı Qüvvələrinin Otradnoye və Bologovka rayonlarındakı mövqelərinə təzyiqləri artırdığına işarə edib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031