xebermen.az

Nazirlik valideynlərin narazılığına səbəb olan qərarı ləğv etdi

29-05-2025, 10:48

 

Elm və Təhsil Nazirliyinin lisey və gimnaziyalarla bağlı qərarı ləğv edilib.

Qəbul ötəni ilki kimi həyata keçiriləcək.

Bununla bağlı rəsmi açıqlama veriləcəyi bildirilir.

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul imtahanlarına sayılı günlər qalmış imtahan qaydalarında dəyişiklik edilib. Bir sıra lisey və gimnaziyalara qəbulun yalnız 6-cı sinif şagirdləri üçün (7-ci sinfə qəbul) həyata keçiriləcəyi açıqlanıb ki, bu da yüzlərlə valideynin övladları ilə bağlı planlarını alt-üst edib. Onlar etiraz olaraq Elm və Təhsil Nazirliyinin qarşısında toplaşıblar.

Etirazları nəzərə alan nazirlik qərarını ləğv edib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30