xebermen.az

Ukrayna Almaniya ilə pilotsuz təyyarələrin istehsalına dair razılığa gəldi

29-05-2025, 08:59

 

Kiyev və Berlin Ukraynanın pilotsuz uçan aparatlarının istehsalına investisiyalar barədə razılığa gəliblər.

Bu barədə Ukrayna lideri Berlində Almaniya kansleri Fridrix Mertslə görüşündən sonra keçirilən mətbuat konfransında məlumat verib.

"Biz bütün təfərrüatı açıq şəkildə müzakirə etməyəcəyik, lakin bu gün Ukraynada istehsala sərmayə qoyuluşu ilə bağlı razılaşmalar var", - deyə Zelenski bildirib.

Həmçinin o bunun ilk növbədə pilotsuz təyyarələrin istehsalına aid olduğunu qeyd edib.

Öz növbəsində, Fridrix Merts Zelenski ilə görüşü zamanı bəyan edib ki, Almaniya Ukraynaya özünün uzaqmənzilli silahlarının hazırlanmasında dəstək verəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930