xebermen.az

Atalara 14 günlük məzuniyyət hüququ veriləcək?

28-05-2025, 11:57

 

"Atalara ödənişli 14 günlük məzuniyyət verilməsi ədalətli və ailədaxili razılaşma baxımından faydalıdır, lakin ənənəvi kişi mərkəzli cəmiyyətimizdə bu hüququn geniş tətbiqi hələ real görünmür".

Bu barədə sosioloq Üzeyir Şəfiyev danışıb. 

Onun sözlərinə görə, əvvəlcə bu məzuniyyət yalnız analara şamil olunurdu, indi isə ataların da istifadəsi təklif edilir:

"Əgər ailədə razılaşma varsa, ataya məzuniyyət verilməsi ədalətlidir və uşağın tərbiyəsində atanın iştirakını artırır. Lakin cəmiyyətimizdə kişilər əsasən çöl işi ilə, qadınlar isə ev və uşaq baxımı ilə məşğul olur, bu da dəyişikliklərin yayılmasını çətinləşdirir. Avropada ataların məzuniyyətə çıxması geniş yayılıb, amma Azərbaycanda bu praktikanın yaxın vaxtlarda geniş tətbiqi gözlənilmir. Ümumilikdə, bu dəyişiklik müsbət və məntiqlidir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930