xebermen.az

Bu imtahan üçün 40 manat ödəməlisiniz - Qeydiyyat başladı

26-05-2025, 14:12

 

Bu gündən I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının 2-ci cəhdinə qeydiyyat başlayıb.

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, qəbul imtahanlarının II cəhdində iştirak etmək istəyən abituriyentlər 26 may-8 iyun tarixlərində DİM-in müvafiq internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. 8 iyun saat 23:59-a qədər qeydiyyatdan keçməyən abituriyentlər II cəhd imtahanlarına buraxılmayacaqlar.

Qeyd olunub ki, II və III ixtisas qrupları üzrə 6 iyul, I və IV ixtisas qrupları üzrə 13 iyul, coğrafiya fənni üzrə əlavə imtahan isə 13 iyul tarixlərində qəbul imtahanının II mərhələsinin 2-ci cəhd imtahanı keçiriləcək.

Məlumat üçün bildirək ki, qəbul imtahanlarının II mərhələsinin 2-ci cəhdində iştirak üçün 40 manat ödəniş tələb olunur.

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 25-də baş tutub. I və IV qruplar üzrə isə imtahan iyunun 1-də keçiriləcək. İyunun 22-də isə III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan baş tutacaq.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30