xebermen.az

"Napoli"nin çempionluğu azarkeşlərə baha başa gəldi: 39 nəfər yaralandı

24-05-2025, 19:35

İtaliya A Seriyasında "Napoli"nin çempionluğu azarkeşləri tərəfindən böyük təntənə ilə qeyd olunub. Lakin həmişə olduğu kimi, işlər gözlənildiyi kimi rəvan getməyib.

Yerli polis yaranan iğtişaşlara cavab verməli olub.

Şənliklər zamanı 39 nəfərin yaralandığı bildirilir. Ən aqressiv azarkeşlər isə polis tərəfindən həbs ediliblər. 3 nəfər polis bölmələrinə aparılıb.

Bir nəfərin kütləvi tədbirlərə odlu silahla qatıldığı bildirilir. Həmin şəxs saxlanılıb, silahı müsadirə edilib. Saxlanılan şəxsin "TikTok"da 200 min abunəçisi olan 26 yaşlı bloqer olduğu üzə çıxıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930